İstifadə Qaydaları
Son yenilənmə tarixi: 13 mart 2026
Vebsayt: https://omedia.az
Bu sənəd omedia.az xəbər portalının (bundan sonra “Sayt”) istifadə qaydalarını müəyyən edir. Saytımıza daxil olmaq və ya ondan istifadə etməklə siz bu Qaydalarla razı olduğunuzu təsdiqləyirsiniz. Əgər bu Qaydalarla razı deyilsinizsə, xahiş olunur, saytdan istifadə etməyin.
1. Ümumi müddəalar
Omedia.az xəbər və məlumat resursudur.
Saytın məqsədi ictimai maraq doğuran xəbərləri, məlumatları və analizləri oxuculara çatdırmaqdır.
Sayta daxil olmaqla istifadəçi bu Qaydaların bütün bəndlərini qəbul etmiş sayılır.
2. Müəllif hüquqları
Saytda yerləşdirilən bütün məqalələr, xəbərlər, foto və videomateriallar Azərbaycan Respublikasının müəllif hüquqları haqqında qanunvericiliyi ilə qorunur.
Sayt materiallarının tam və ya qismən istifadəsi yalnız mənbə kimi “omedia.az” göstərilməklə mümkündür.
Materiallardan kommersiya məqsədilə istifadə etmək qadağandır.
3. İstifadəçinin öhdəlikləri
Saytdan istifadə edən şəxs aşağıdakı öhdəlikləri qəbul edir:
Saytda paylaşdığı məlumatların və şərhlərin düzgünlüyünə görə məsuliyyət daşıyır.
Saytın fəaliyyətinə zərər vuracaq, qanunsuz və ya etik olmayan davranışlardan çəkinir.
Saytda və ya sosial media səhifələrində təhqiramiz, nifrət və zorakılıq məzmunlu ifadələr işlətməməlidir.
Sayt üzərindən spam, reklam və ya zərərli proqram (virus) paylaşmaq qəti qadağandır.
4. Redaksiya məsuliyyəti
Saytda dərc olunan bəzi məqalələr və ya şərhlər müəlliflərin şəxsi fikrini ifadə edir.
Bu fikirlər izmedia.az redaksiyasının rəsmi mövqeyi kimi qəbul edilmir.
Redaksiya texniki və ya faktiki səhvləri düzəltmək hüququnu özündə saxlayır.
5. Xəbər mənbələri və istinad qaydası
Omedia.az açıq mənbələrdən, dövlət qurumlarından və etibarlı informasiya agentliklərindən əldə olunan məlumatlardan istifadə edir.
Başqa saytlardan və ya media orqanlarından götürülən materiallarda orijinal mənbəyə aktiv keçid verilir.
Hər hansı mənbənin yanlış məlumat verdiyi aşkarlanarsa, redaksiya bu məlumatı dərhal yeniləyir və ya silir.
6. Reklam və sponsorluq
Saytda yerləşdirilən reklamlar “Reklam haqqında Qanun”a uyğun şəkildə təqdim olunur.
Reklam məzmununa görə məsuliyyət reklamverən tərəfə məxsusdur.
Reklam və məqalələr açıq şəkildə bir-birindən fərqləndirilir.
7. Məxfilik siyasəti
İstifadəçilərin şəxsi məlumatlarının toplanması və emalı Məxfilik Siyasəti ilə tənzimlənir.
Bu sənəd Məxfilik Siyasəti bölməsində təqdim olunur.
8. Qaydaların dəyişdirilməsi
Omedia.az bu Qaydaları istənilən vaxt dəyişdirmək və yeniləmək hüququna malikdir.
Yenilənmiş Qaydalar saytda dərc olunduğu andan etibarən qüvvəyə minir.
İstifadəçilərə dəyişiklikləri vaxtaşırı izləmələri tövsiyə olunur.
9. Hüquqi məsuliyyət
Saytın qaydalarının pozulması hallarında omedia.az Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun tədbirlər görə bilər.
Qanun pozuntusu hallarında istifadəçinin sayta girişinə məhdudiyyət qoyula və ya məlumatlar hüquq-mühafizə orqanlarına təqdim oluna bilər.
10. Əlaqə
Saytın fəaliyyəti və ya bu Qaydalarla bağlı suallar üçün bizimlə əlaqə saxlaya bilərsiniz:
E-poçt: info@omedia.az
Telefon: +994 (50) 6222213
Ünvan: Cəlilabad, Azərbaycan