Bəhreyn və Səudiyyə Ərəbistanındakı yarışlar ləğv edildi

Mar 15, 2026 - 07:37
 0  1
Bəhreyn və Səudiyyə Ərəbistanındakı  yarışlar ləğv edildi

Yaxın Şərq regionunda baş verən gərginlik səbəbindən Bəhreyn və Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan "Formula 1" yarışları ləğv edilib. Yarışın təşkilatçıları tərəfindən verilən məlumata görə, qərar iştirakçıların, komandaların və azarkeşlərin təhlükəsizliyini təmin etmək məqsədilə qəbul olunub.

Təşkilatçılar bildiriblər ki, yarışların ləğv olunması ilə bağlı qərar müvafiq qurumlarla məsləhətləşmələrdən sonra qəbul edilib. Hazırda yarışların başqa tarixdə keçirilib-keçirilməyəcəyi ilə bağlı yekun qərar verilməyib.

Qeyd edək ki, bu yarışlar hər il minlərlə azarkeşi cəlb edən və beynəlxalq avtomobil idmanında mühüm yer tutan tədbirlərdən hesab olunur. Yarışların ləğv edilməsi isə mövsüm təqviminə də müəyyən dəyişikliklər gətirib.

Mənbə: Haber Global