"Oskar" mükafatının qaliblərinin adları açıqlanıb

Mar 16, 2026 - 06:52
 0  12
"Oskar" mükafatının qaliblərinin adları açıqlanıb

ABŞ-də Amerika Kinematoqrafiya Sənəti və Elmləri Akademiyası tərəfindən 2025-ci ildə kinematoqrafiya sahəsindəki nailiyyətlərə görə verilən "Oskar-2026" mükafatının qalibləri müəyyənləşib.

Sayca 98-ci olan təqdimat mərasimi ənənəvi olaraq Kaliforniya ştatının Los-Anceles şəhərindəki "Dolbi" teatrında keçirilib.

Son 25 ildə ilk dəfə olaraq kateqoriyalar siyahısına yeni bir nominasiya - "Ən yaxşı kastinq" əlavə edilib.

Ən yaxşı film nominasiyası üzrə:

"One Battle After Another"

Ən yaxşı rejissor nominasiyası üzrə:

"One Battle After Another" - Paul Tomas Anderson

Ən yaxşı aktyor nominasiyası üzrə:

Maykl B. Cordan - "Sinners"

Ən yaxşı aktrisa nominasiyası üzrə:

Cesi Bakli - "Hamnet"

Ən yaxşı ikinci plan aktyor nominasiyası üzrə:

Şon Penn - "One Battle After Another"

Ən yaxşı ikinci plan aktrisa nominasiyası üzrə:

Emi Mediqan - "Weapons"

Ən yaxşı qısametrajlı animasiya filmi nominasiyası üzrə:

"The Girl Who Cried Pearls"

Ən yaxşı tammetrajlı animasiya filmi nominasiyası üzrə:

"KPop Demon Hunters"

Ən yaxşı kostyum dizaynı və ən yaxşı makiyaj və saç düzümü nominasiyaları üzrə:

"Frankenstein"

Ən yaxşı kastinq nominasiyası üzrə ("Oskar" tarixində ilk dəfə):

Kassandra Kulukundis - "One Battle After Another"

Bədii qısametrajlı film nominasiyası üzrə:

"The Singers" və "Two People Exchanging Saliva"

Ən yaxşı orijinal ssenari nominasiyası üzrə:

"Sinners" - Rayan Kuqler

Ən yaxşı uyğunlaşdırılmış ssenari nominasiyası üzrə:

"One Battle After Another" - Paul Tomas Anderson

Ən yaxşı istehsal dizaynı nominasiyası üzrə:

"Frankenstein"

Ən yaxşı vizual effekt nominasiyası üzrə:

"Avatar: Fire and Ash"

Ən yaxşı qısametrajlı sənədli film nominasiyası üzrə:

"All the Empty Rooms"