Britaniya Fars körfəzinə minaaxtaran dronlar göndərməyə hazırlaşır

Mar 15, 2026 - 09:13
 0  2
Britaniya Fars körfəzinə minaaxtaran dronlar göndərməyə hazırlaşır

Böyük Britaniya Müdafiə Nazirliyi Hörmüz boğazında naviqasiyanı bərpa etmək üçün mina aşkarlayan dronlardan istifadə imkanlarını araşdırır.

Musavat.com xəbər verir ki, məlumatı The Sunday Times qəzeti mənbəyə istinadən yayıb. Qəzetin məlumatına görə, Kral Dəniz Qüvvələrinin dörd muxtar mina ovlama sistemi var: Wilton, Sweep, SeaCat və MMCM.

Bu dronların dəqiq sayı barədə məlumat yoxdur. Nəşr qeyd olunan sistemlərdən hansının Yaxın Şərqdə yerləşdirilə biləcəyini dəqiqləşdirməyib.

Qəzet həmçinin Londonun niyə bölgəyə mina aşkarlayan dronlar yerləşdirməyi planlaşdırdığını izah etməyib. Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp administrasiyasının nümayəndələri Hörmüz boğazına mina düzülməsi ilə bağlı heç bir məlumata malik olmadıqlarını bildirmişdilər.