Aprel ayının 12-də Cəlilabad rayonun ümumi təhsil müəssisələrində təhsil alan II-X sinif şagirdləri arasında Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilib. Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkilatçılığı ilə baş tutan müsabiqədə rayon üzrə 5 mərkəzdə 1274 nəfər şagird iştirak edib.
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi hər il dünyanın 80-dən çox ölkəsində keçirilir. Müsabiqənin əsas məqsədi ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinin riyaziyyat üzrə bilik və bacarıqlarını qiymətləndirmək və onların riyaziyyata olan marağını artırmaqdır.
📌Müsabiqə 2 mərhələdən ibarətdir:
• Hər sinif üzrə ən yaxşı nəticə göstərən 10 % şagirdə diplom təqdim ediləcək.
• Birinci mərhələdə ən yaxşı nəticə göstərmiş 5 % şagird final mərhələsinə vəsiqə qazanacaq.
🏆• Finalçılardan hər sinif üzrə 18 nəfər şagird (3 qızıl, 6 gümüş və 9 bürünc medal olmaqla) qalib elan ediləcək.
• Qaliblər hədiyyə və medallarla təltif ediləcək.
• Bütün iştirakçılara elektron sertifikatlar təqdim olunacaq.
❗Qeyd edək ki, final mərhələsində iştirak etmək üçün əlavə ödəniş tələb olunmur.

