Türkiyədə liseyə silahlı hücum nəticəsində 16 nəfər yaralanıb.
Hadisə ölkənin Şanlıurfa əyalətinin Siverek rayonunda baş verib. Məktəbə tüfənglə daxil olan bir nəfərin ətrafa atəş açması nəticəsində 16 nəfər yaralanıb.
Omedia.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Qeyd olunub ki, hadisəni törədən məktəbli özünü öldürüb.
Həmçinin, bildirilib ki, yaralıların əksəriyyəti şagirddir.
Yaralılardan birinin vəziyyəti ağırdır.
Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım briqadası və xüsusi təyinatlı polis qüvvələri cəlb olunub.
