Yol polisinin saxladı deputat dövlət orqanlarından zəng gözlədiyini bildirib

Yol polisinin saxladı deputat dövlət orqanlarından zəng gözlədiyini bildirib

“Dövlət Yol Polisi əməkdaşının mənim avtomobilimi yolda gedərkən saxlaması ilə bağlı hələlik müvafiq dövlət orqanlarından zəng gəlməyib”.

Bunu “Report” TV-nin  qonağı olan Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev bildirib.

Partiya sədri dövlət orqanlarından zəng gözlədiyini qeyd edib:

“Mənə zəngin gəlməməsini də, buna reaksiya verilməməsini də hörmətsizlik kimi qiymətləndirirəm. Tədbir görülməsə daha ciddi addımlar atacağam. Bunu da bilsinlər ki, onlar üçün daha ciddi problemlər yaranacaq”.