“TikTok”a rəqib proqram istifadəyə verilir

“TikTok”a rəqib proqram istifadəyə verilir

"YouTube" qısa videoçarxların yaradılması üçün özünün "YouTube Shorts" xidmətini istifadəyə verəcək.

Bu barədə "YouTube"un rəsmi bloqunda bildirilib ki:" Biz "YouTube Shorts"un yaradılması haqqında bildirməyə şadıq - qısa videoçarxlar üçün yeni xidmət birbaşa “YouTube” platformasında",

"YouTube" istifadəçiləri videoçarxları 15 saniyəyə qədər müddətdə bölüşə biləcəklər. Proqrama paylaşılacaq videoya musiqi əlavə etmək olacaq, istifadəçilər həmçinin bir neçə çarxı birləşdirə biləcəklər.

"Beta-versiya" əvvəlcə Hindistanda, sonra başqa ölkələrdə istifadəyə veriləcək.

Qeyd edək ki, Çin “TikTok” proqramını istifadəyə verdikdən sonra, 2019-cu ildə dünyada qısa müddətli videoçarxlar daha populyar olub.