Son dəqiqə! "Qarabağ"ın "pley-off"dakı rəqibi məlum oldu

Son dəqiqə! "Qarabağ"ın "pley-off"dakı rəqibi məlum oldu

Azərbaycanın "Qarabağ" klubunun Avropa Liqasının pley-off mərhələsində rəqibi məlum olub.

 

Qurban Qurbanovun yetirmələri səfərdə Polşanın "Legiya" klubu ilə qarşılaşacaq.

 

Qarşılaşma oktyabrın 1-də keçiriləcək. 

 

Qeyd edək ki, "Legiya" Avropa Liqasının III mərhələsində Kosovonun "Drita" klubunu 2:0 hesabı ilə məğlub edərək pley-off-a vəsiqə qazanıb.