Pakistanın dünyada yeganə dövlətdir ki, Ermənistanı bir dövlət kimi tanımır

Pakistanın dünyada yeganə dövlətdir ki, Ermənistanı bir dövlət kimi tanımır

Bu sözləri Pakistanın Azərbaycana yeni təyin olunmuş səfiri Bilal Hayee Pakistanın erməni qüvvələrinin də iştirak etdiyi hərbi təlimlərdə (Qafqaz-2020) iştirakını şərh edərkən deyib.

Onun sözlərinə görə, Pakistanın bu təlimlərdə iştirakı dəvət əsasında baş tutub:

"Pakistan bu təlimdə olması Ermənistanın iştirakına görə deyil. Bunu Rusiya ilə Pakistan arasında mövcud olan yaxşı münasibətlərlə izah etmək olar.

Azərbaycan bizim qardaşımızdır və biz Azərbaycanın maraqlarına zidd ola biləcək hər hansı bir addıma getmərik. Pakistanın bu hərbi təlimlərdə iştirakı olduqca normal bir haldır”.