Güney azərbaycanlı milli fəal Əli Əzizi məhkəməyə çağırılıb

Güney azərbaycanlı milli fəal Əli Əzizi məhkəməyə çağırılıb

Güney azərbaycanlı milli-mədəni fəal, Urmiya sakini Əli Əzizi Təbrizin Cəza məhkəməsinə çağırılıb.

Məhkəmənin Elektron Sistemi tərəfindən göndərilən çağırış vərəqəsinə əsasən, “kiber məkanda yalan yaymaq”da günahlandırılan Əzizi oktyabrın 21-də, Təbriz Cəza Məhkəməsinin 107-ci şöbəsinə müraciət etməlidir.

 

Milli fəal həmçinin “sistemin əleyhinə təbliğat aparmaq və qanunsuz GAMAC Təşkilatına üzv olmaq”da günahlandırılıb. Bu ittihamlara isə sentyabrın 14-də Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsində baxılacaq.

 

Bundan əvvəl Əzizi və daha 5 güney azərbaycanlı fəal 2019-cu il noyabr etirazlarında Urmiyada keçirilən aksiyalarda iştirak etdiklərinə görə, “ümumi asayişi pozmaq”da ittiham olunaraq 8 ay həbsi əvəz edən 1.5 milyon tümən nağd cərimə və 20 şallaq zərbəsinə məhkum edilmişdilər.

 

Təhlükəsizlik qüvvələri fevralın 23-də Əzizinin ata evinə müraciət edərək onu yaxalamışdı. Əzizi martın 25-də 500 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılıb.

 

Daha sonra təyin edilən mülki vəsiqənin məbləği 650 milyon tümənə qaldırılıb.