Facebook"da bir çox azərbaycanlının yaşayış yeri kimi Konqo və Nepal göstərilir - Marağlı Səbəb

Facebook"da bir çox azərbaycanlının yaşayış yeri kimi Konqo və Nepal göstərilir - Marağlı Səbəb

“Facebook”da Azərbaycandan olan istifadəçilərin əhəmiyyətli bir qisminin yaşayış yeri kimi Konqo Respublikası və Nepal göstərilir.

Həmin şəxslər arasında bir sıra məşhur şəxslər, o cümlədən deputat, vəzifəli şəxs, habelə müxtəlif obyekt ünvanları, restoranlar və mağazalar da var.

“Konqo Respublikasında Baku adlı yer olduğu üçün insanlar paytaxt Bakı şəhərinin adını ingiliscə Baku yazarkən bəzən Konqodakı Bakunı tanıyır.

Həmçinin Nepalda Salyan adlı şəhər olduğu için insanlar Salyan yazaraq əksər hallarda Nepalda olan Salyan seçirlər.

Və bunları daxil edərkən insanlar diqqət eləmir və Azərbaycanın Bakısı əvəzinə Konqonun Bakısı, Salyan ın əvəzinə Nepalın Salyan qeyd edilir. “Facebook” normalda olduğu yerə yaxın yer seçməlidir, lakin arada belə problemlər olur. Sadəcə insanlar diqqət etməlidir”.