DİM abituriyentləri ən az bal toplayan rayonların adlarını açıqladı

DİM abituriyentləri ən az bal toplayan rayonların adlarını açıqladı

Ötən il I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak edən abituriyentlərin 40.2 faizi imtahandan “2”, 20.4%-i “3”, 28.3%-i “4”, 11.1%-i isə “5” qiymət alıb.

Bu, Dövlət İmtahan Mərkəzinin (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik təhlilində əksini tapıb. 

2018-ci ildə bu göstəricilər, uyğun olaraq, 46.4%, 18.4%, 23.6%, 11.7% olub.

Ötən il “2” qiymət alanların faizi nisbətən azalıb, “3” və “4” qiymət alanların faizi artıb, “5” qiymət alanların faizi isə nisbətən azalıb. Qəbul olanların 25.4%-ni “3”, 49.5%-ni “4”, 19.2%-ni isə “5” qiymət alanlar təşkil edib.

V ixtisas qrupu üzrə ərizə verib qəbul imtahanında (cari ilin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında) iştirak edən abituriyentlərin 62.16%-nin topladığı bal 100-dən aşağıdır. Qəbul olan abituriyentlər arasında 60-dan az bal toplayan yoxdur. Qəbul imtahanlarında iştirak edənlərin çoxunun (62.16%) imtahan nəticəsi 100 və daha aşağı bal intervallarında yerləşdiyi halda, qəbul olan abituriyentlərin nəticəsi əsasən 100 və daha yuxarı bal intervallarında olub (57.76%).

Ağsu, Göygöl, Samux, Sabirabad, Kürdəmir, Saatlı, Ucar, Şabran, Goranboy, Astara, Ağdaş, Daşkəsən və Şamaxı rayonlarının ötən il məzunlarını təmsil edən abituriyentlərin 20%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub