Cəlilabadda yüksək bal toplamış məzunlarla görüş olub - FOTO

Cəlilabadda yüksək bal toplamış məzunlarla görüş olub - FOTO

8 sentyabr 2020-ci il tarixdə Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində Cəlilabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 2019-2020-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında rayon üzrə 600-dən yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüş keçirilib.

Omedia.az xəbər verir ki, Görüşdə Cəlilabad Rayon İcra Hakimiyyəti və rayon təhsil şöbəsinin rəhbərləri, test imtahanlarında yüksək nəticə göstərmiş məzunlar iştirak ediblər.

    Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov görüşdə çıxış edərək ümummilli lider Heydər Əliyevin ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb. O, Prezident İlham Əliyevin hazırda bu siyasəti uğurla davam etdirdiyini vurğulayıb. 

    Namiq Zeynalov son illərdə ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən islahatlar, qəbul olunan dövlət proqramları barədə ətraflı məlumat verib, həmçinin Heydər Əliyev Fondunun bu sahədə gördüyü işlərdən danışıb. İcra başçısı vurğulayıb ki, hər il rayon üzrə ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplayan abituriyentlərin sayının artması dövlətimiz tərəfindən təhsilə göstərilən diqqətin nəticəsidir.

    Yeni tələbə adını qazanan məzunlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

   Tədbirin sonunda ali məktəblərə 600-dən çox bal toplayan 11 nəfərə Cəlilabad Rayon İcra Hakimiyyəti başısının fəxri fərmanı və qiymətli hədiyyələr təqdim olunub.