Azərbaycanda 22 yaşlı qadın intihar etdi

Azərbaycanda 22 yaşlı qadın intihar etdi
Xaçmazda intihar hadisəsi baş verib.
 
Omedia.az-ın "Report"a istinadən məlumatına görə, hadisə şəhərin Şəfəq küçəsində qeydə alınıb.
 
Şəhər sakini 1998-ci il təvəllüdlü, Turunc Mehman qızı Məmmədəliyeva özünü yaşadığı evdə asaraq intihar edib.
 
Qeyd edək ki, T.Məmmədəliyeva ailəli olub, övladı yoxdur. Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz Rayon Şöbəsinə təhvil verilib.
 
Faktla bağlı araşdırma aparılır.