"Aqroservis" mobil tətbiqinin hazırlanmasına 98 min manat ödəyəcək

"Aqroservis" mobil tətbiqinin hazırlanmasına 98 min manat ödəyəcək

Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqroservis" ASC (keçmiş "Aqrolizinq") aqrotexniki xidmətlərin onlayn rejimdə sifarişi və idarə edilməsinə imkan verən mobil platformanın hazırlanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Omedia.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Innosol" MMC-dir.

Qalib şirkətə 98,7 min manat ödəniləcək.